Əziz Sancar Manas Universitetinin fəxri doktoru oldu

Kimya sahəsində Nobel mükafatı laureatı Əziz Sancar Qırğızıstanın paytaxtı Bişkekdə  Manas Universitetinin tələbələri ilə görüşdü.

955638
Əziz Sancar Manas Universitetinin fəxri doktoru oldu

Kimya sahəsində Nobel mükafatı laureatı Əziz Sancar Qırğızıstanın paytaxtı Bişkekdə  Manas Universitetinin tələbələri ilə görüşdü.

Sancar  görüşdə Türkiyənin enerji sahəsində tam müstəqil olmasının əhəmiyyətuini vurğuladı.

Atom enerjisi məsələsində reallıqların nəzərə alınmasının vacibliyini qeyd edən Sancar: "Enerji boşluğu probleminə mütləq həll tapmalıyıq" dedi.

Nobel mükafatı laureatı Türk dünyasının indiki vəziyyətini nəzərdən keçirməli olduğunu vurğulayaraq: "Təməl elmlərdə fəaliyyət göstərən gənclərimizi dəstəkləməliyik" dedi.

Əziz Sancara Manas Universitetinin fəxri doktoru adı verildi.

Manas Universietinin rektoru Səbahəddin Balçı tədbirdə çıxış edərək, atalarının yurdlarından köç edən Türklərin böyük mədəniyyətlər yaratdığını qeyd edərək: "Bu gün də çox çalışaraq eyni müvəffəqiyyəti əldə edə biərik" dedi.

 

 



Әlaqәli Xәbәrlәr