Xərçəngin bədəndə yayılmasına səbəb olan hüceyrələr aşkar edildi

Belçika tədqiqatçıları xərçəngin metastaza yol açan şiş hüceyrələrini müəyyənləşdirdilər.

955906
Xərçəngin bədəndə yayılmasına səbəb olan hüceyrələr aşkar edildi

 Belçika tədqiqatçıları xərçəngin metastaza yol açan şiş hüceyrələrini müəyyənləşdirdilər.
 
 Azad Brüssel Universitetinin (ULB), Katolik Leuven Universitetinin və Erasmus Xəstəxanasının 25 həkimi tədqiqatları dəri və döş xərçəngi xəstəlikləri əsasında apardılar.
 
 Professor Cedric Blanpainin rəhbərlik etdiyi tədqiqatda alimlər xərçəngin müxtəlif mərhələlərindəki hüceyrələrinin fəaliyyətini öyrəndilər və pis xassəliləri 6 kateqoriyaya böldülər.
 
 Şiş hüceyrələrinin genetik quruluşunu tədqiq edən elm adamları  bu hüceyrələrin bir-biri ilə eyni olmadığını, xərçəngin yarandığı orqandan kənara çıxaraq digər toxumalara yayılmasına səbəb olan pis xassəlii hüceyrələrdə bəzi fərqliliklər olduğunu müəyyən etdilər.
 
 Tədqiqatda əldə edilən nəticələr əsasında xərçəngin müalicəsinin effektini artırmaq, metastaza yol açan hüceyrənin müəyyən olunması ilə müalicə hədəfini daha dəqiq seçə bilmək mümkün ola biləcək.
 
 "Nature" jurnalında dərc olunan tədqiqatın xərçəngin müalicəsində yeni bir cığır aça biləcəyi düşünülür.



Әlaqәli Xәbәrlәr