Karabük Universitetində Beynəlxalq Robot Yarışması oldu

Robotlar "sumo robot", "mini sumo robot", "zəfəran çiçəyi yığan robot", "yağlı güləş edən robot" və "sərbəst" kateqoriyalar olmaqla altı nominasiyada yarışıb.

950169
Karabük Universitetində Beynəlxalq Robot Yarışması oldu

  Karabük Universiteti (KBÜ) Robot Texnologiyaları Tətbiq və Araşdırma Mərkəzi tərəfindən Beynəlxalq Robot Yarışması təşkil olunub.

  Qazaxıstan, Gürcüstan və Türkiyədən 13 universitet, 27 lisey və orta məktəb 217 robotla müsabiqədə iştirak edib.

  Robotlar "sumo robot", "mini sumo robot", "zəfəran çiçəyi yığan robot", "yağlı güləş edən robot" və "sərbəst" kateqoriyalar olmaqla altı nominasiyada yarışıb.

  Müsabiqədə milli güləş idman növünü nümayiş etdirən robotlar dünyada ilkə imza atıb.

  Safranbolu rayonunda bitən zəfəran çiçəyini toplayan mobil robot da müsabiqədə özünəməxsus yer tutub.

  “Sumo” və “yağlı güləş robotları”nın nümayişindən sonra gələnlər Teknopark Fuaye meydanında robot sərgisini seyr edib. Onları insanabənzər robot Sanbot salamlayıb, sonra “Erik dalı” (alça budağı) xalq rəqsini oynayıb.

  Sərgidə tələbələr tərəfindən hazırlanan digər robotlar da nümayiş olunub.



Әlaqәli Xәbәrlәr