Alimlər xərçəng hüceyrələrinə gedən oksigen və enerjini kəsməyin yolunu tapdılar

Elm adamları DNT-dən yratdıqları nanorobotlarla xərçəng hüceyrələrinə gedən oksigen və enerjini kəsməyin yolunu kəşf etdilər.

909682

 İngiltərədə nəşr olunan "The Times" qəzetinin elm şöbəsinin müxbiri Oliver Moodynin yazdığı xəbərə görə, kiçik donuzlar üzərində aparılan sınaqlarda bu üsulun heç bir zərərli əlavə təsiri olmadığ müəyyən olunub.
 
"Nature Biotechnology" jurnalında nəşr olunan tədqiqata görə, mikroskopik DNT robotları siçanlar üzərindəki testlərdə də şişləri kiçildə bilib.
 
Tədqiqatları aparan Arizona Dövlət Universitetinin professoru Hao Yan: "Bu texnologiyanın həyata keçirilməsinə çox  yaxınıq" dedi.
 
 Nanorobotlar kiçik ölçüləri sayəsində damarlarda asanlıqla dolaşır və xərçəng hüceyrələrini qidalandıran damarlarda tez-tez rast gəlinən nukleolin adlı kimyəvi maddə ilə qarşılaşdığı anda o damarları tıxayaraq şişə qan axınını dayandırır.

Әlaqәli Xәbәrlәr