“Apple” tarixində ən böyük sızıntı: mənbə kodları oğurlanıb

Github-a sızdırılan kodun İOS 9-a aid olduğu məlum olub.

907022
“Apple” tarixində ən böyük sızıntı: mənbə kodları oğurlanıb

OS yükləmələri üçün cavabdeh olan "iBoot"un mənbə kodları "Github"da yerləşdirilib. Mənbə kodunun kim tərəfindən sızdırıldığı bilinmir. 

Github-a sızdırılan kodun İOS 9-a aid olduğu məlum olub.

Məlumata görə, "iBoot"un mənbə kodları gizli məlumatlardır, "Apple" bu faylları yayımlamır.

"Apple Mac OSX" və İOS əməliyyat sistemləri haqqında kitab müəllifi Conatan Levin bu hadisəni şirkət tarixində ən böyük sızıntı adlandırıb.

"Apple" bu sızıntı ilə bağlı hələlik açıqlama verməyib.


Etiketlәr: #"Apple" , #Github , #"iBoot" , #kodlar

Әlaqәli Xәbәrlәr