İngilislərin əcdadları qaradərili imiş

İngiltərədə aparılan bir tədqiqat ingilislərin əcdadlarının qaradərili olduğunu aşkar etdi.

905406
İngilislərin əcdadları qaradərili imiş

İngiltərədə aparılan bir tədqiqat ingilislərin əcdadlarının qaradərili olduğunu aşkar etdi.
 
 Ölkədə olan ən qədim bütöv halda qalmış skelet üzərində aparılan DNT testi ingilislərin əcdadlarının tünd qara rəngli dəriyə və mavi gözlərə sahib olduqlarını ortaya çıxardı.
 
 Testə görə, 9 min il əvvəl yaşamış bu adamın qıvrım qara saçları və geniş almacıq sümüyü olub.
 
 20 yaşında öldüyü güman edilən həmin şəxsin həyatı adada daimi yaşayışın başladığı dövrə təsadüf edir. Bu səbəbdən bu adam ilk müasir ingilis olaraq qəbul edilir.
 
 İngiltərədə daha əvvəl oturaq həyata  keçməyə çalışan insan icmalarının hamısının yox olduğu və indiki ingilislərin həmin adamla eyni kökdən olduğu qeyd edilir.
 
 Milli Tarix Muzeyi və London Universiteti tərəfindən aparılan tədqiqata görə, açıq rəngli dərisi olan şimali avropalılar təxmin ediləndən daha sonrakı bir dövrə aiddirlər.
 
 London Universitetindən Yoan Diekmann: "İngilislər ağdərili olmalıdır" qavrayışı zaman keçdikcə dəyişməyəcək bir həqiqət deyil" deyir.
 
 Pensilvaniya Universitetində genetika tədqiqatçısı Iain Mathieson tapıntıların açıq rəng dəriyə aid genlərin quruluşuna dair işlərlə üst-üstə düşdüyünü deyir.
 
 Daha əvvəl insanların təxminən 40 min il əvvəl Afrika qitəsindən Avropaya köçərkən dərilərinin rənginin açılmağa  başladığı düşünülürdü.
 
 Son tədqiqatlar isə açıq rəngli dəri tipinin son 7-8 min ildə ortaya çıxdığını göstərir.
 
 Mütəxəssislər günəş işığının az olduğu yerlərdə daha çox D vitamininin əmilə bilinməsi üçün insanların dəri rənglərinin açıldığını düşünrlər.
 
 Skelet 1903-ci ildə Somerset bölgəsindəki bir mağarada tapılıb.

Mütəxəssislər Mezolit dövründə bugünkü İngiltərə sərhədlərində 12 min insanın yaşadığını təxmin edirlər.



Әlaqәli Xәbәrlәr