Yaxın gələcəkdə uşaq və gənclər ciddi görmə pozuntuları və kor olma təhlükəsi ilə üz-üzə qalacaqlar

Bu barədə Hollandiya oftalmoloqları xəbərdarlıq edirlər.

870830
Yaxın gələcəkdə uşaq və gənclər ciddi görmə pozuntuları və kor olma təhlükəsi ilə üz-üzə qalacaqlar

Yaxın gələcəkdə uşaq və gənclər ciddi görmə pozuntuları və kor olma təhlükəsi ilə qarşılaşacaqlar.

Bunun səbəbi isə uzun müddət planşet, telefon və televiziya ekranına baxmaq, gün işığında kifayət qədər olmamaqdır.

Hollandiyadakı Rotterdam Erasmus Universitetinin Tibb Fakültəsinin müəllimi prof. Caroline Klaverə görə, gün ərzində telefon, planşet, və ya kitaba yaxından baxan uşaqların gözlərinin təbii quruluşu pozulur. Normalda yuvarlaq olan göz bəbəkləri oval şəkil alır.

Bunun nəticəsində də gözün arxasında yerləşən işığı tutan hüceyrələrə zərər dəyir.

Hollandiyalı oftalmoloqlar göz problemlərini qarşısını almaq üçün "20 - 20 - 2 qaydası" adı verilən bir formul təklif edirlər.
 
 Bunun mənası budur: "20 dəqiqə ərzində kitab, planşet, və ya telefona baxdıqdan sonra 20 saniyə fasilə edərək gözünüzə istirahət verin. Gündə ən azı 2 saat təmiz havada olun".
 
 Hollandiya Göz Fondunun direktoru Mulder uşaqlardakı göz sağlamlığı problemlərini" görünməyən bir epidemiya" adlandırır və bunun ciddi bir təhlükə olduğu barədə xəbərdarlıq edirlər.
 
 Mulder hazırda 20 yaşlı və daha böyük gənclərin yarısında miopiya (yaxından görmə) xəstəliyi olduğunu, belə gedərsə, problemin daha da artacağını qeyd edir.
 
 Hollandiya Göz Fondu bu ilin may ayından etibarən uşaqların daha çox təmiz havada oynaması üçün kampaniya başladı.
 
 Professor Caroline Klaver gün işığının göz sağlamlığı üçün son dərəcə  əhəmiyyətli olduğunu söyləyir.
 
 Çünki orqanizm gün işığı sayəsində gözün yuvarlaq qalmasını və hüceyrələrin pozulmasının qarşısını alan dopamin maddəsi ifraz edir.
 
 Klaver məktəb saatlarında uşaqların ən az 1 saat təmiz havada oynamasını məsləhət görür.
 
 Bəzi məktəblərin tənəffüs müddətlərini azaltmasını tənqid edən hollandiyalı mütəxəssis: "Uşaqlar kifayət qədər təmiz havada olmasa, bu hal miopiyanın yaranmasına ciddi zəmin yaradar" deyir.
 
Caroline Klavere görə, bu, qlobal bir problemdir və dünyada məktəbi tərk etmək məcburiyyətində  qalan uşaqların böyük qismində görmə problemi vardır.
 
 Hollandiyalı professor məslənin həllini uşaqların ekran və kitabdan uzaqlaşaraq, gündə ən azı 2 saat təmiz havada oynamasının şərt olduğunu deyir.

 

 



Әlaqәli Xәbәrlәr