Yer kürəsində süni işıq miqdarının artımı neqativ nəticələr doğura bilər

Tədqiqatçılar  dünyanın bir çox ölkəsində gecə qaranlığının yox olmağa başlamasının bitki örtüyü, heyvan müxtəlifliyi və insan sağlamlığı baxımından neqativ nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edirlər.

853615
Yer kürəsində süni işıq miqdarının artımı neqativ nəticələr doğura bilər

Yer kürəsində süni olaraq işıqlandırılan bölgələr və süni işıq miqdarı getdikcə artır.
 
 Almaniyanın Postdam şəhərindəki Geologiya Tədqiqat Mərkəzinin alimləri peyk görüntüləri əsasında apardıqları tədqiqat işində 2012-2016-cı illər ərzində dünya üzərində gecələr süni işıqlandırılmış xarici məkanların ildə orta hesabla 2,2%  artdığını müəyyən etdi.
 
 NASA-nın peyk radiometriyasından istifadə edərək gecə Yer kürəsindən yayılan işıq miqdarını ölçən tədqiqatçılar  işıq intensivliyinin də ildə 1,8 % artdığını aşkar etdilər.
 
Tədqiqata rəhbərlik edən  Christopher Kyba süni işıqlandırmanın artması və genişlənməsinin enerji israfından başqa, işıq kirliliyinə də səbəb olduğunu qeyd edir.
 
 Tədqiqatçılar  dünyanın bir çox ölkəsində gecə qaranlığının yox olmağa başlamasının bitki örtüyü, heyvan müxtəlifliyi və insan sağlamlığı baxımından neqativ nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edirlər.
 
 Araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr