Sualtı robot-casus hazırlanıb

Pekin Universitetinin tədqiqatçıları dəniz heyvanına yapışan və onunla birlikdə səyahət edərək lazımlı məlumatlar toplayan robot hazırlayıblar.

816498
Sualtı robot-casus hazırlanıb

Pekin Universitetinin tədqiqatçıları dəniz heyvanına yapışan və onunla birlikdə səyahət edərək lazımlı məlumatlar toplayan robot hazırlayıblar.

Alimlərin sözlərinə görə, bu “dəniz casusları” dəniz heyvanlarına və ekologiyaya heç bir zərər yetirmir. Belə robotların əsas üstünlüyü ondadır ki, onlar lazımi obyektləri uzun müddət müşahidə etməli olmayacaq. Bunu yalnız bir dəfə etmək yetərlidir.

“Dəniz casusları” öz çəkilərindən 340 dəfə çox çəkiyə tab gətirir. Alimlər iddia edirlər ki, bu kimi robotlar çox faydalı ola bilər. Onlar dəniz sakinlərinin yerdəyişməsini izləyəcək, xəritəsini çəkəcək, dənizin nadir sakinlərinin yaşama yerlərini qeyd edəcək, həmçinin yeni heyvan növlərini aşkara çıxaracaqlar.

 



Әlaqәli Xәbәrlәr