Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Türk nəşrləri maraqla qarşılandı

Sentyabrın 28-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

816267

 Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir.

Yarmarkanı açıq elən edən Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin Turizm və Mədəniyyət Nazirliyinin rəhərliyi ilə Bakıya gələn nəşriyyatların stendlərini də gəziblər.

Türkiyənin Bakıdakı Səfirliyinin Mədəniyyət və Təbliğat müşaviri İrfan Çifti Türkiyənin sərginin ən böyük iştirakçısı olduğunu, Mədəniyyət və Turizm Nazirliyinin da stend olaraq ən geniş yeri tutduğunu söyləyib.

Nazirliyin himayəsində 15, müstəqil 5 olmaqla cəmi 20 Türk nəşriyyatının sərgidə iştirak etdiyini bildirən Çiftçi Azərbaycanlılar Türk nəşriyyatlarına ciddi maraq gösterir. Bu barədə ciddi istək var.

Qeyd edək ki, sərgi sentyabrın 30-dək davam edəcək.

Әlaqәli Xәbәrlәr