Yuxusuzluq ölümlə nəticələnə bilər

Həddindən artıq yuxusuz qalmaq ürək xəstəliklərinə, köklüyə və xərçəngə qədər müxtəlif öldürücü səhiyyə problemlərinə səbəb olur.

814196
Yuxusuzluq ölümlə nəticələnə bilər

Həddindən artıq yuxusuz qalmaq ürək xəstəliklərinə, köklüyə və xərçəngə qədər müxtəlif öldürücü səhiyyə problemlərinə səbəb olur.

Müntəzəm yuxunun daşıdığı əhəmiyyəti vurğulayan mütəxəssislər yuxusuzluğun mənfi təsirlərinin isə bir gündə ortadan qalxalmadığına diqqət çəkirlər.

Dünyanın tanınmış yuxu araşdırmaçılarından olan ingilis professor Matyuv Walker “Həddindən artıq yuxusuzluq öldürür, insarlara resept ilə yuxu yazılmalıdır” deyib.

Walker ən az 8 saat yuxunun məcburi olmasının vacibliyini dilə gətirirək həkimlərin insanlara yuxu dərmanı yazdığını, ancaq bu insanların ehtiyacının dərman yox, yuxu olduğunu söyləyib.

İngilis professorun problemin həllinə dair bir də təklifi var: Səhər oyanmaq üçün olduğu kimi gecə yatmadan əvvəl saatın zəngini yarım saat əvvəlinə qurun. Zəngi eşidəndən sonra yatmaq üçün hazırlaşın.



Әlaqәli Xәbәrlәr