Rusiya ‘Facebook’a  qadağa  qoyur

‘Facebook’un, ‘Linkedin’ kimi Rusiya ərazisindəki fəaliyyəti dayandırılır.

814663
Rusiya ‘Facebook’a  qadağa  qoyur

Əgər "Facebook" Rusiyada qüvvədə olan şəxsi məlumatların lokallaşdırılması barədə qanunun tələblərini yerinə yetirməzsə, 2018-ci ildən etibarən onun bu ölkədəki fəaliyyətinə xitam veriləcək. Bunu Aleksandr Jarov  deyib.

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Jarov mövzu  ilə  əlaqəli   açıqlamasında: Qanun hamı üçün icbaridir. Biz ya qanunun tələblərinin yerinə yetirilməsinə nail olacağıq, ya da ‘Facebook’ ‘Linkedin’ kimi Rusiya ərazisindəki fəaliyyətini dayandıracaq.

Jarov-un sözlərinə görə, 2018-ci ildə məsələyə tam aydınlıq gətiriləcək.

 



Әlaqәli Xәbәrlәr