Milli peyk “Türksat 6A” 2019-cu ildə fırladılacaq

Türkiyənin ilk və tək milli peyki “Türksat 6A” üçün fəaliyyətlər sürətli şəkildə davam etdirilir.

789586
Milli peyk “Türksat 6A” 2019-cu ildə fırladılacaq

Türkiyənin ilk və tək milli peyki “Türksat 6A” üçün fəaliyyətlər sürətli şəkildə davam etdirilir.

2019-cu ilin axırında fırladılması və 600 milyon lirəyə başa gəlməsi planlaşdırılan peykin hazırlanış prosesində hər hansı  problemin yaranmadığı bildirilir.

Peyk hazırlandığı zaman 4 ton çəkisi olacaq. 42 dərəcə meridianı mövqeyinə yerləşdirilməsi ilə 6A sistemi Türksat tətərfindən Asiya, Avropa və Şimali və Mərkəzi Afrika qitələrinə, geniş band internet, radio-televiziya yayımı, GSM xidmət və etibarlı xəbərləşmə xidmətləri göstərə biləcək.

36 min km-lik hündürlükdə orbitə girəcək “Türksat 6A”nın 15 il vəzifə ömrü olacaq.

Həm hərbi həm də ticarət məqsədilə istifadə olunacaq peykin hazırlanma fəaliyyətlərində 33 Türk mühəndis və 354 vəzifəli işləyir.



Әlaqәli Xәbәrlәr