"Bizə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn edək", N.Zade

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə Azərbaycanda dəfn edilməyi vəsiyyət edib.

787330
"Bizə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn edək", N.Zade

  .Dünyaşöhrətli alim Lütfi Zadənin vəziyyəti ağırdır. Alimin yeganə övladı Norman Zadə açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib: "Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq. Bizə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn edək".

  Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib. O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Mənbə: Milli.AZ

 



Әlaqәli Xәbәrlәr