Avrasiya tuneli bu dəfə işıqlandırma sisteminə görə mükafata layiq görüldü

Avrasiya tuneli bu dəfə işlandırma dizaynı ilə Memarlıq İşıqlandırma Mükafatı 2017-yə layiq görüldü.

785966
Avrasiya tuneli bu dəfə işıqlandırma sisteminə görə mükafata layiq görüldü
avrasya tüneli açılış töreni (11).jpg
Avrasya Tüneli nden geçişler başladı.jpg
avrasya tüneli açılış töreni (16).jpg
avrasya tüneli açılış töreni (15).jpg

Dünya şöhrətli memarlıq üzrə işıqlandırma firması “Skira”nın dizayn etdiyi  Asiya və Avropanı ilk dəfə dəniz dibindən keçən iki mərtəbəli şose yol tuneli ilə bir-birinə bağlayaraq iki qitə arasında sürətli, təhlükəsiz, komfortlu, sərfəli nəqliyyət xidməti göstərən Avrasiya tuneli bu dəfə işlandırma dizaynı ilə Memarlıq İşıqlandırma Mükafatı 2017-yə layiq görüldü.

Tunelin içində istifadə edilən “Light Emitting Diode” (LED) yol işıqlandırmalarından əlavə olaraq, istifadə edənlərin giriş və çıxışlarında tunelə və gün işığına asanlıqla uyğunlaşmalarına imkan yaratmaq məqsədilə xüsusi mərhələli LED texnoloiyası tətbiq edilib.

Türkiyədə memarlıqda ilk dəfə tətbiq edilən LED işıqlandırma ilə sürüş komfortu artırılarkən, İstanbul da yeni bir simvol qazandı.

İşıqlandırma sahəsindəki İES Memarlıq İşıqlandırma Mükafatı 2017 Avrasiya tunelinə tikinti mərhələsindən bəridir təqdim edilən sayca 9-cü beynəlxalq mükafatdır.



Әlaqәli Xәbәrlәr