Yeni nəsil insulin müalicəsi aşağı səviyyədəki qan şəkəri riskini azaldır

Amerika Diabet Dərnəyinin növbəti yığıncağında yeni nəsil insulinlə əlaqəli fəaliyyətlərin nəticələri təqdim edilib.

780804
Yeni nəsil insulin müalicəsi aşağı səviyyədəki qan şəkəri riskini azaldır

Yeni hazırlanan və bir qrup xəstədə təsirləri tədqiq edilən uzun müddətli insulin müalicəsində elmi fəaliyyətlə II tip diabetlilərdə yeni uzun təsirli insulin müalicəsinin xəstələrdə ciddi səviyyədə qan şəkərinin düşməsi riskini azaltdığı aşkarlanıb.

Bu il ABŞ-ın San Diego şəhərində 77-ci keçirilən Amerika Diabet Dərnəyinin növbəti yığıncağında yeni nəsil insulinlə əlaqəli fəaliyyətlərin nəticələri təqdim edilib.

Həmin zamanda “New England og Medicinie” jurnalında da dərc olunan fəaliyyət çərçivəsində yeni nəsil uzun təsirli insulin ilə hələ də istifadə olunan uzun təsirli insulinin bədənin düzgün çalışması üçün kifayətli insulin ifraz etmədiyi zaman yaxud da bədən hüceyrələri insulinə  reaksiya göstərmədiyi zaman ortaya çıxan II tip diyabətli xəstələrdə ürək, damar xəstəliyinin ortaya çıxma riski baxımından müqayisəsi də edilib.

Müxtəlif ölkələrdən cəmi 7 min 637 iştirakçının daxil edildiyi və 2 il davam edən nəzarət altındakı çalışma qruplarının tədqiq edildiyi araşdırmada ürək-damar xəstəliklərindən ölüm halları, ürəktutması və iflic olma riksləri hər iki qrupda da oxşar səviyyələrə çıxarkən, yeni insulillərin mövcud olanlarla müqayisədə ciddi səviyyədə qan şəkəri düşüklüyü kimi təsvir edilən və istənməyən əlavə təsirləri olan şiddətli hipoqlikemiya görülmə riskini 35 faiz nisbətində düşürdüyü müşahidə edilib.



Әlaqәli Xәbәrlәr