Trilyon tonluq buz dağı qopdu

Adrian Lukman: "Bu qopma hadisəsini uzun zamandır gözləyirdik. İndiyə qədər qopan ən böyük buz dağlarından biridir".

769474
Trilyon tonluq buz dağı qopdu

  “The Telegraph”ın xəbərinə görə, Uelsin Syonsi (Swansea) Universitetinin alimləri Qərbi Antarktikada İngiltərənin paytaxtı Londondan dörd dəfə böyük buz dağının qopduğunu bildirib. 

  Syonsi Universitetinin elmi araşdırma qrupu uzun zamandır müşahidə Antarktikadakı “Larsen C” buzluğundan 5800 kvadrat kilometrlik buz dağının qopmasının Amerika Havaçılıq və Kosmos İdarəsi – NASA-nın Aqua peyki tərəfindən göründüyünü məlumat verib. 

  Trilyon tonluq buz dağının qopmasıyla “Larsen C” buzluğunun böyüklüyü 12 faiz azalıb.

  Universitetin professoru Adrian Lukman: "Bu qopma hadisəsini uzun zamandır gözləyirdik. Buz dağını təqib etməyə davam edəcəyik. İndiyə qədər qopan ən böyük buz dağlarından biridir", - deyib. 



Әlaqәli Xәbәrlәr