Samsung sahibləri üçün yeni imkan

Samsung sahibləri üçün yeni imkan yarandı.

765596
Samsung sahibləri üçün yeni imkan

"Samsung" şirkəti "Flow" adlı autentifikasiya proqramını yeniləyib və indi bu proqramı quraşdırmış "Galaxy S6", "S7" və "S8" smartfonlarının sahibləri barmaq izi skanerinin köməyilə öz fərdi bilgisayarlarını blokdan çıxarmaq imkanı əldə ediblər.

Şirkət bu funksiyanı ötən il təqdim edib, lakin o vaxt sözügedən funksiya barmaq izi skanerinin köməyi ilə yalnız "Galaxy TabPro S" planşetini blokdan çıxarmağa imkan verirdi. Yenilənmiş "Flow" mobil proqramı "Creators Update" yeniləməsi qurulmuş "Windows 10" əməliyyat sistemi ilə işləyən bütün fərdi kompüterləri dəstəkləyir.

Mənbə: Milli.Az


Etiketlәr: #samsung , #Galaxy S6

Әlaqәli Xәbәrlәr