Kvant kompüterlər üçün soyutma sistemi yaradılıb

Finlandiyanın Aalto Universitetinin tədqiqatçılar qrupu kvant kompüterin yaradılması istiqamətində mövcud maneələrdən birini aradan qaldıraraq nanosoyuducu yaradıb.

731811

Adi kompüterdə informasiya bir və ya sıfırla göstərilən bit şəklində saxlanılır. Lakin kvant kompüterlərdə informasiya vahidi olan kubit eyni anda bir və sıfır rəqəmi ola bilər. Kubitlər vasitəsilə informasiyanın saxlanılması kompüter sisteminin gücünü əhəmiyyətli dərəcədə artıra bilər.

Bildirilir ki, kvant kompüterlər reallığa çevrilməmişdən əvvəl alimlər onların bütün komponentlərini yenidən icad etməlidirlər. Tranzistorların, yenidən proqramlaşdırılan çiplərin, məlumatların ötürülmə üsullarının və qeyri-sabit kvant sistemlərinin stabilləşdirilməsi metodlarının hazırlanması üzrə işlər aparılır. Universitet alimləri Mikko Mottonen və Yen Tan kvant dünyasında daha bir ümumi kompüter komponentinin - soyutma sisteminin təşəkkülündə irəliləyişə nail olublar.

Mənbə:AZƏRTAC 

Әlaqәli Xәbәrlәr