Xərçəngi bir il erkən aşkar edən qan analizi
Amerikalı elm xadimləri ağciyər xərçəngini normal analizlərdən bir il əvvəl müəyyən edə bilən bir qan analizi ixtira edib.
Amerikalı elm xadimləri ağciyər xərçəngini normal analizlərdən bir il əvvəl müəyyən edə bilən bir qan analizi ixtira edib.
100 nəfərdə tətbiq olunan və 90 faiz uğur əldə edilən qan analizi erkən müalicəyə də imkan yaradır.
Bunun xərçəngi toxuma nümunələri əvəzinə qan nisbətinə görə analiz edən maye biyopsiyada xəstənin kimyaterapiya ilə müalicə olunmamasının vacibliyini də ortaya qoyacağını ifadə edən araşdırmaçılar beləcə hansı xəstədə nəyin istifadə ediləcəyini ən erkən mərhələdə təyin edərək xəstəliyin ağırlaşmasının qarşının alına biləcəyini dilə gətiriblər.
Ağciyər xərçəngində erkən diaqnozun əhəmiyyətini vurğulayan həkim və tədqiqatçılar erkən diaqnozla aşkar edilən xərçəngin cərrahi əməliyyatla qarşısının alına biləcəyini söyləyiblər.
Araşdırmaçılar bir xəstənin xəstəliyinə tamamilə son qoymağın 20 xəstəni sağlatmaqdan daha təsirli olduğunu vurğulayıblar.
İnkişaf etdirilən qan analizi 6 min dollara başa gəldiyi üçün hələ istifadəyə uyğun deyil.
Ağciyər xərçənginin ən sıx görüldüyü ikinci ölkə olan ABŞ-da inkişaf etdirilən qan analizinin uyğun hala gətirilməsi ilə xəstəlik nisbətinin də azalacağı gözlənilir.
Әlaqәli Xәbәrlәr
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub