Şaquli qalxış və enişli elektrikli təyyarənin ilk uçuş testi

Almaniyanın Lilium adlı startapı, şaquli qalxış və enişli elektrikli təyyarəsinin ilk uçuş testini keçirib.

719022
Şaquli qalxış və enişli elektrikli təyyarənin ilk uçuş testi

Almaniyanın Lilium adlı startapı, şaquli qalxış və enişli elektrikli təyyarəsinin ilk uçuş testini keçirib.

 Uzaq məsafədən idarə olunan Lilium Jet adlı təyyarə ilk uçuş testi Münhendə keçirilib. Test zamanı Lilium Jet dronlarda və helikopterlərdə olduğu kimi havaya qalxıb və adi təyyarələrdə olduğu kimi qanadlarının qaldırıcı gücü vasitəsilə aerodinamik uçuş rejiminə keçid alıb.

Sözügedən cihaz, 36 elektromühərrik ilə təchiz olunub. Startap əməkdaşları aparatın analoqlardan fərqli olaraq 90% daha az enerji sərf etdiyini qeyd ediblər.

Startap tıxacların çox olduğu şəhərlərdə 5 nəfərlik elektrik təyyarəsini taksi kimi fəaliyyətə salmağı planlaşdırır. Uçan taksileri xüsusi mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq.

Təhlükəli və gözlənilməz anlarda sərnişinlər paraşütlərdən istifadə edə biləcəklər. Bundan əlavə olaraq pilotun təhlküəli manevrlər etməsinə mane olacaq xüsusi sistem də fəaliyyət göstərəcək.



Әlaqәli Xәbәrlәr