Yupiterdə "Böyük Soyuq Ləkə" kəşf edildi

Günəş Sisteminin ən böyük planeti olan Yupiterdə planetin məşhur "Böyük Qırmızı Ləkəsi" ilə eyni ölçülərə malik yeni bir ləkə kəşf edildi.

711349
Yupiterdə "Böyük Soyuq Ləkə" kəşf edildi

Günəş Sisteminin ən böyük planeti olan Yupiterdə planetin məşhur "Böyük Qırmızı Ləkəsi" ilə eyni ölçülərə malik yeni bir ləkə kəşf edildi.
 
 İngiltərənin Leicester Universitetinin astroloqları Yupiterin şimal qütbündəki  termosfer təbəqəsində 24 min kilometr uzunluğu və 12 min kilometr enli olan qaranlıq bir bölgənin varlığını təsbit etdiklərini bildirdilər.
 
 Atmosferi əsasən hidrogen və heliumdan ibarət  sıx qazlarla örtülü nəhəng planetin qütb mənşəli güclü maqnetizm və işıq dalğalanmasının ortaya çıxardığı enerjiylə yarandığı ehtimal edilən qaranlıq bölgəsi ətrafına görə daha soyuq olduğu üçün "Böyük Soyuq Ləkə" olaraq adlandırıldı.
 
Tədqiqat  üçün Avropa Cənub Rəsədxanasına aid Çilinin Atamaca Çölündəki Çox Böyük Teleskopu  istifadə edən elm adamları Yupiterdə bol miqdarda olan H3+ hidrogen emissiyalarını ölçərək planet atmosferinin orta hesabla istilik və sıxlıq xəritəsini tərtib etdil\ər.
 
 Sonra bu əraziləri NASA-nın Havay adalarındakı İnfraqırmızı Teleskopunun Yupiterin ionosferdəki ölçüləri ilə müqayisə edən tədqiqatçılar planetin şimal qütbü sahəsində atmosferin yüksək təbəqələrində isti hava içində böyük bir soyuq və qaranlıq bölgə olduğunu müəyyən etdilər.

Tədqiqatın nəticələri "Geophysical Research Letters" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr