"WhatsApp"-ın 4 yeni funksiyası

WhatsApp-ın bir müddətdir beta testlərində istifadə etdiyi yeni funksiyaları artıq hərkəs üçün aktiv edildi.

698114
"WhatsApp"-ın 4 yeni funksiyası

"WhatsApp" bir müddətdir yeniliklər etməyə davam edir. Şirkət həmin çərçivədəki yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni xüsusiyyət təqdim edir.

İlk olaraq "Haqqında" bölməsinə əlavə edilən və profildə görülə bilən yazılı status seçimini geri gətirən "WhatsApp" həmçinin paylaşılan videolarda stream xüsusiyyətini gətirərək yükləmədən izləyə bilmə imkanı da verir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də mövcuddur.

Bundan başqa "iPhone"dakı "3D Touch"a dəstək gətirən "WhatsApp" bu xüsusiyyət ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdırır. Bundan başqa qaranlıq mühitlərdə şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi.

Qısa müddətdə bütün istifadəçilərə çatacaq olan xüsusiyyətlər ilə "WhatsApp"ın funksionallığı biraz daha artmışdır.


Etiketlәr: #WhatsApp , #"3D Touch"

Әlaqәli Xәbәrlәr