Yerli dron əleyhinə müdafiə sistemi hansı üstünlükləri ilə fərqlənir?

Türkiyənin “Harp Arge” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac etmişdir.

691152
Yerli dron əleyhinə müdafiə sistemi hansı üstünlükləri ilə fərqlənir?

Türkiyənin ilk elektromaqnetik dron silahını istehsal edən və bu uğurunu ilk ixracatı reallaşdıraraq gücləndirən “Harp Arge” yeni yatırımla öz gücünü daha da artırmağa hazırlaşır.

Keçən il qurulan “Harp Arge” müdafiə sənayesində Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı olan pilotsuz sistemlər və bu sistemlərlə əlaqəli tədbirlər, elektron hərb və robot mövzularına diqqət yetirildi. Şirkət keçən müddət ərzində həmin texnologiyaların satın alına bilməsinə, yayğınlaşdırılmasına və istifadə edilməsinə üstünlük verən fəaliyyətlər göstərdi.

Türkiyədə ilk dəfə “Harp Arge” şirkəti tərəfindən istehsal edilən dron əleyhinə müdafiə sistemi, Polis İdarəsi və Türkiyə Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə edilir. Türkiyə baş nazirin mühafizəçilərində də olan bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı ən təsirli silahdır.

Sistem hücum məqsədilə istifadə edilə biləcək dronlar əleyhinə təsirli tədbir görə biləcək xüsusiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silahı satın aldı.

Türkiyənin “Harp Arge” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac etmişdir.

Silah artıq Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.

‘Harp Arge” şirkətinin koordinatoru Aytekin Güçlü Dünyada dron bazarının gözlənilməyən sürətlə inkişaf etdiyini, bu bazarın həmin zamanda özünün iki qatı qədər dronları məhv edən sistem bazarını yaradacağını söyləyib.

Həmin məqsədlə istifadə edilən məmullardan 3 qat daha ucuz və 4 qat daha mobil sistem inkişaf etdirdiklərini ifadə edən Güçlü modul sistemi və dizayn baxımından ölkə xaricindəki rəqiblərindən güclü şəkildə fərqləndiklərini ifadə edib.

Aytekin Güçlü yaxın gələcəkdə müxtəlif texnologiyalara qarşı görüləcək tədbirlərin silaha anında tətbiq edilə biləcəyəni də vurğulayıb.

Rəğbətlə qarşılanan yerli pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silahın ixracatı üçün 5 ölkə ilə müzakirələr davam etdirilir.



Әlaqәli Xәbәrlәr