‘2017 Peyk və İnformasiya Sərgisində nəhəng firmalar iştirak edib

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton, kosmos və informasiya sektorunu istiqamətləndirən nəhəng firmaların iştirak etdikləri sərgiyə ev sahibliyi edib.

687814
‘2017 Peyk və İnformasiya Sərgisində nəhəng firmalar iştirak edib

‘Vaşinqton 2017 Peyk və İnformasiya Sərgisində” 150-dən çox ölkədən 350 şirkət və 14 min nümayəndə qatılıb.

Sərgidə Türkiyəni TÜRKSAT Peyk informasiya Kabel TV və İşlətmə Anonim Şirkəti, ASELSAN (Hərbi Elektron Sənayesi), Türk Havaçılıq və Kosmos Sənayesi kimi nəhəng firmalar təmsil edir.

Sərgidə   iştirak  edən   və bölgəsində  böyük potensial sahibi olan Türk firmalara  böyük  maraq  göstərilir.

Türkiyə, son illərdə həyata keçirilən sərmayələr  nəticəsində  peyk və aviasiya sektorunda beynəlxalq sahədə daha ön plana çıxmağa başlayıb. Hökumətin bu sahədəki addımları nəticəsində daha Türkiyə müasir texnologiya ilə təchiz olunmuş peyk sınaq mərkəzinə də qovuşub.

Ankarada Akıncı bazasında inşa edilən peyk test mərkəzi, hava limanına sahib nadir mərkəzlərdən biri hesab edilir. Bir çox ölkə bu  mərkəzdən istifadə etmək   rəsmi  danışıqlar   edir.   

 



Әlaqәli Xәbәrlәr