Yeni implantat görməni bərpa edəcək

Harvard Universitetinin tibb məktəbinin tədqiqatçıları meymunlar üzərində yeni implantatın cərrahi müdaxilə tələb etməyən sınaqlarına başlayacaqlar.

682558
Yeni implantat görməni bərpa edəcək

Məlumata görə,  bu iş gələcəkdə görmə məhdudiyyətli insanlara görmə qabiliyyətini bərpa edəcək və ya iflic olmuş xəstələrə hərəkət imkanı təqdim edən yüksək keyfiyyətli qurğuların hazırlanmasına imkan verəcək.

Bu qurğu beyin qabığının vizual sahəsinin maqnit stimulyasiyası üçün istifadə olunacaq. İmplantatlara qoşulmuş kompüter sinir fəaliyyətinin siqnallarını kifayət qədər dəqiq təqlid edəcək.

Bu layihə beyinin fəaliyyətinin bütün aspektlərinin öyrənilməsinə hədəflənmiş “BRAIN initiative” qlobal təşəbbüsünün bir hissəsidir. Bundan başqa, bu texnologiyanı travma nəticəsində əsəb toxumaları zədə aldığı zaman bədənin digər hissələri üçün də tətbiq etmək mümkündür.

 

Mənbə: AZӘRTAC



Әlaqәli Xәbәrlәr