Bayburt Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq edəcək

Bayburt Universitetinin nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

682267

Görüşdə əməkdaşlıq haqqında gələcək planlar müzakirə olunub, yaradılacaq ixtisasların tədris planları təhlil edilib. Qonaqlar təmsil etdikləri ali məktəbin fəaliyyət istiqamətləri barədə məlumat verib, iki universitet arasında təhsil, mədəniyyət sahəsində əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, Bayburt Universitetində incəsənət fakültəsinin yaradılması istiqamətində görülən işlərdən və planlardan danışılıb. ADMİU-nun əməkdaşları Bayburt Universitetinin gələcək perspektivi üçün lazım olan fənn proqramlarının hazırlanmasında onlara kömək edəcəklərini bildiriblər.

http://azertag.az/

Etiketlәr: #əməkdaşlıq

Әlaqәli Xәbәrlәr