45 ildən sonra yenidən Aya səyahət başlayır

Aya uçmaq istəyənlərin müraciətlərinin sayı artmaqda davam edir

681314
45 ildən sonra yenidən Aya səyahət başlayır

 

SpaceХ Amerika şirkətinin baş direktoru İlon Mask rəsmi səhifələrində qeyd edib  ki,  İki kosmos turisti 2018-ci ildə Ay ətrafında uçuş etmək üçün böyük depozit yatırıblar

“Gələn il kosmik stansiyaya və onun hüdudlarından kənara insanların göndərilməsi üçün çox əhəmiyyətli il olacaq”-deyə qeyd edən Mask bildirib ki, artıq iki kosmos turisti buna görə böyük məbləğdə depozit yatırımı edib.

“Biz şadıq ki, SpaceХ şirkətinə bununla bağlı iki sadə vətəndaş müraciət erdib. Artıq biz onların sağlamlıq dərəcələrini yoxlamaq və müayinə etmək, həmçinin uçuşa hazırlaşdırmaq üçün işə başlamaq üzrəyik”-deyə şirkətin saytında yerləşdirilmiş press-relizdə bildirilir. 



Әlaqәli Xәbәrlәr