Yer kürəsinə  bənzəyən planet qrupu kəşf edilib

Amerikan Milli Havaçılıq və Kosmos Dairəsi NASA 7 planetin kəşf edildiyini açıqlayıb.

678229
Yer kürəsinə  bənzəyən planet qrupu kəşf edilib

NASA-nın  məlumatına  görə  planetlərdən 3-ündə suyun olduğu ehtimal edilir. Həmin planetlərin 40 işıq ili uzaqlığında olduğu və Günəş sisteminin xaricindəki ulduzların ətrafında dövr etdiyi bildirilib. Bu kəşf digər planetlərdə canlı varlıqların yaşayıb-yaşamaması ilə bağlı aparılan tədqiqatlar üçün ciddi əsas yaradacaq.

Exoplanet  adlandırılan  həmin planet qrupunun diametrləri və kütlələri baxımından Yer kürəsinə bənzədiyi  qeyd edilib.

 

 



Әlaqәli Xәbәrlәr