Türkiyəli alimlər informasiyanın kodlaşdırılması üçün fotonlardan istifadə etdilər

Adi gözlə görünməyən bu kütləsiz işıq zərrəciklərindən informasiyanın kodlaşdırılması məqsədilə istifadə olunur.

674821
Türkiyəli alimlər informasiyanın kodlaşdırılması üçün fotonlardan istifadə etdilər

 Dünya miqyasında tədqiqatçılar 1980-ci illərdən etibarən kvant kriptoqrafiyası sahəsində yeni kəşflər etdilər. Lakin ən əhəmiyyətli dönüş nöqtələri 2007-ci və 2013-cü illərdə  oldu.
 
 Fotonlar kütləsiz  işıq zərrəcikləridir. Adi gözlə görünməyən bu proqnozlaşdırıla bilinməyən hissəciklər informasiyanın kodlaşdırılması məqsədilə istifadə olunur.
 
Polyarizasiyaya məruz qalmamış vəziyyətdə bu çox kiçik işıq zərrəcikləri eyni anda şaquli, üfüqi və diyagonal olaraq dövr edə bilir. Hər hansı bir anda fotonların mövqeyini və sürətini bilmək mümkün deyil, bu da təhlükəsiz kommunikasiya sahəsində inqilab deməkdir.
 
 Necə?

Cavab çox da sadə deyil. Amma mümkün qədər sadələşdirməyə çalışaq: Fotonlar LED işıqlarından istifadə olunaraq  bir səfərdə bir dənə olmaqla yaradılır.. Sonra foton bir polyarizasiya filtrindən keçirilir və filtrin növünə görə işıq zərrəciyi ya şaquli,  ya üfüqi, ya  da diyagonal şəkildə dövr edir.
 
 Bu foton göndərildiyi zaman alıcı fotonun şaquli, üfüqi, və ya  diyagonal olduğunu müəyyənləşdirməsi üçün istifadə edəcəyi filtri bilmək məcburiyyətindədir. Əks halda filtr fotonu qəbul etməz. Fotonlar həqiqi məlumatı deyil, "açar"ı ötürmək üçün istifadə edilir. Fotonu müəyyən etmək üçün səhv filtr istifadə edən hər kəs əsasən, fotonun istiqamətini dəyişdirdiyi üçün alınan məlumat heç bir işə yaramır.



Әlaqәli Xәbәrlәr