İntellektual yarışmada birinci yeri tutan robot

Çində süni zəkalı robot ölkədəki populyar intellektual yarışmada insan rəqibini məğlub edərək birinci yeri tutub.

667725
İntellektual yarışmada birinci yeri tutan robot

Çində süni zəkalı robot ölkədəki populyar intellektual yarışmada insan rəqibini məğlub edərək birinci yeri tutub.

Çindəki internet axtarış sistemi “Sogou” tərəfindən formalaşdırılan “Wangzai” adlı süni zəkalı robot "Who's Still Standing?" adlı Amerikan intəlləktual yarışma proqramının Çin vərsiyası olan "Yizhan Daodi"də iştirak edib.

Ətraflı məlumat toplama qabiliyyəti və insanların mimikalarını yamsılama bacarığı ilə diqqətləri cəlb edən “Wangzai” aralarında Harvard univərsitəti məzunu bir müsabiqəçinin olduğu rəqiblərini məğlub edərək böyük mükafatı qazanıb.

Yarışmada verilən sualları sürətli şəkildə qavrayaraq anında cavablayan robot izləyənlər tərəfindən ayaqda alqışlanıb.

Robotu təkmilləşdirən texnologiya firması “Wangzai”nin müstəqil şəkildə analiz, sürətli qavrama və reaksiya göstərmə xüsusiyyətləri sayəsində suallara m/s ərzində cavab verə bildiyini bildirib.



Әlaqәli Xәbәrlәr