“WhatsApp”ın yeni versiyası oflayn-rejimini dəstəkləyir

Populyar “WhatsApp” messencerinə üç yeni funksiya əlavə edilib. Bu funksiyalardan ən maraqlısı oflayn-rejimin dəstəklənməsidir.

659894
“WhatsApp”ın yeni versiyası oflayn-rejimini  dəstəkləyir

Populyar “WhatsApp” messencerinə üç yeni funksiya əlavə edilib. Bu funksiyalardan ən maraqlısı oflayn-rejimin dəstəklənməsidir.

Məlumatına görə, “WhatsApp” messencerində oflayn-rejim funksiyası istifadəçi internetdə olmadıqda belə mesajlar yazmağa imkan verir. Mesajlar messencerdə saxlanılır və növbəyə düzülür. Smartfon qlobal şəbəkəyə qoşulan kimi bu mesajlar avtomatik göndəriləcək. Göndərilməmiş mesajlarda vaxt, göndərilmiş mesajlarda isə iki xətt işarəsi qoyulur.

Daha bir yenilik eyni anda 30-dək şəkil və ya video göndərmək imkanıdır. Vaxt ötdükcə daha çox istifadəçi mətn, stiker və smaylikləri deyil, şəkil və qısa çarxları paylaşır. Əvvəllər eyni anda 10 foto və ya video göndərmək mümkün idi.



Әlaqәli Xәbәrlәr