Qırğızıstanın ilk elektrikli avtomobili

Universitetin Çingiz Aytmatov korpusuna gələnlər bundan belə universitetin öz elektrik avtomobilində gəzdiriləcək.

659890
Qırğızıstanın ilk elektrikli avtomobili

  Qırğızıstan-Türkiyə Manas Universitetində Qırğızıstanın ilk elektrikli avtomobili çıxarıldı. Universitetin Çingiz Aytmatov korpusuna gələnlər bundan belə universitetin öz elektrik avtomobilində gəzdiriləcək.

  Elektrikli avtomobil Qırğızıstan-Türkiyə Manas Universitetinin Ali Peşə Avtomatika Proqramının bir layihəsi olaraq ortaya çıxdı. Layihə "Benzinli Maşınların Elektrikliyə Çevrilməsi və İqtisadiyyata Töhfəsi" adlanır.

  Universitetin müəllimi, dosent Bülent Bayraktar, müəllim Mehmet Rüştü Çiftçi və tələbələrin birgə hazırladıqları elektrikli avtomobil benzinli maşınlara nisbətən 30 dəfə ucuz başa gəlir. Bir dəfə elektrik yüklənməsilə maşın 70 kilometr yol qət edə bilir, benzinə qənaətlə yanaşı səssiz çalışır və təbiətin dostu kimi diqqət çəkir.



Әlaqәli Xәbәrlәr