Texnologiya nəhəngi Yahoonun yeni adı Altaba oldu

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən “Yahoo!”-nun adı dəyişdirilərək “Altaba” oldu.

648092
Texnologiya nəhəngi Yahoonun yeni adı Altaba oldu

“The Associated Press” agentliyinin xəbərə görə, qǝrar, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra qǝbul  edilib.

Qǝrara  görǝ “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü  dǝ  tutduqları vəzifələri tərk edəcəklər.

Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.

ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri olan “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.

Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

 



Әlaqәli Xәbәrlәr