Qlobal istiləşmə quşların erkən köç etməsinə səbəb olur

Qlobal istiləşmə quşların erkən köç etməsinə gətirib çıxarır.

640422
Qlobal istiləşmə quşların erkən köç etməsinə səbəb olur

Qlobal istiləşmə quşların erkən köç etməsinə gətirib çıxarır.

İngiltərədəki Edinburq Universitetində vəzifəli elm adamlarının 5 qitədə yüzlərlə quş növünü araşdıraraq apardığı araşdırma qlobal hava istiliyinin artmasının köçəri quşların balalama bölgələrinə erkəndən köç etmələrinə səbəb olduğunu ortaya qoymuşdur.

Araşdırmada hava istiliyinin artdığı hər bir dərəcə üçün quşların yazın balaladıqları bölgələrə bir gün erkən köç etdiyi müşahidə edildi.

Quşların bu bölgələrə bir neçə gün belə olsa səhv zamanda getməsinin qida və yuva yerləri kimi özləri üçün həyati əhəmiyyəti olan qaynaqları tapmalarını çətinləşdirdiyi, bölgənin imkanlarından daha az istifadə etdikləri aydın oldu.

Araşdırmanın nəticələri "Journal of Animal Ecology" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr