Alimlər planetləri udan ulduz kəşf etdilər

Elm adamları Yer kürəsindən 300 işıq ili məsafədə yerləşən, Günəşə çox bənzəyən və ətrafındakı planetləri udan bir ulduz kəşf etdilər.

633482
Alimlər planetləri udan ulduz kəşf etdilər

Elm adamları Yer kürəsindən 300 işıq ili məsafədə yerləşən, Günəşə çox bənzəyən və ətrafındakı planetləri udan bir ulduz kəşf etdilər.
 
 "Astronomy and Astrophysics" jurnalında dərc olunan tədqiqat işi Günəşə "əkiz qardaşı qədər" bənzəyən və 6 milyard yaşı olduğu təxmin olunan 68468 adlı ulduzun ətrafındakı planetləri özünə çəkərək udduğunu aşkar etdi.
 
Tədqiqatı aparan beynəlxalq komandanın Çikaqo Universitetindən olan üzvü Yakob Bean: "Əldə edilən tapıntılar, yaxın gələcəkdə bir gün Günəşin də Yer kürəsini  içinə çəkərək yox edəcəyi anlamına gəlmir. Ancaq ulduz sistemlərinin planet sistemləri üçün oxşar təsirlərə malik ola biləcəyini görməyimizi təmin edir" dedi.
 
 Yale Universitetindən olan tədqiqatçı Debra Ficher: "Kompüter simülasiyaları günümüzdən milyardlarla il sonra planetlərarası cazibə qüvvəsinin yığılması nəticəsində Merkurinin Günəş tərəfindən udulacağını göstərir" ifadələrini işlətdi.
 
 Çilinin La Silla Rəsədxanasındakı 3,6 metrlik teleskopu istifadə edən tədqiqatçılar  HIP 68468 ulduzunun orbitində biri Neptundan 50%, digəri isə Yür kürəsindən 3 qat daha böyük iki planet aşkar etdi.
 
 Tədqiqatçılar HIP 68468 ulduzunun istiliyə dözümlü metallarla dolu qayalıq planetləri udduğu üçün yaşıdı olan ulduzdan 4 qat daha çox litium daşıdığını qeyd edirlər.



Әlaqәli Xәbәrlәr