Passiv “Wi-Fi” texnologiyası

“Wi-Fi” simsiz rabitə texnologiyası akkumulyatorun şarjını çox sərf edir

630123
Passiv “Wi-Fi” texnologiyası

Smartfonda “Wi-Fi” simsiz rabitə texnologiyası akkumulyatorun şarjını çox sərf edir. Vaşinqton universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni texnologiya indikindən 10 min dəfə az enerji sərf etməklə “Wi-Fi” siqnalı yaratmağa imkan verir. Yeni texnologiya "passiv Wi-Fi" adlandırılıb.

Passiv “Wi-Fi” siqnalı translyasiya etmək üçün ayrı analoq ötürücü aparatdan istifadə edəcək. Bundan sonra siqnal aşağı güclü rəqəmli çeviricilərin köməyi ilə əks olunur və ənənəvi paketlər şəklində ötürülür.

Passiv “Wi-Fi” texnologiyasının enerji sərfiyyatı “Bluetooth LE” və ya “ZigBee” ilə müqayisədə 1000 dəfə azdır. Alimlər gələn ilin martında sözügedən texnologiyanı nümayiş etdirəcək və “USENIX” simpoziumunda yenilik barədə detalları açıqlayacaqlar.

mənbə: ictnews


Etiketlәr: #“Wi-Fi”

Әlaqәli Xәbәrlәr