Türk dünyasının birliyinin rəmzi " Birinci Türkoloji Qurultay "

Hacettepe Universitetində Bakı Birinci Türkoloji Qurultayın 90 illiyi keçirilib.

628820
Türk dünyasının birliyinin rəmzi " Birinci Türkoloji Qurultay "

Hacettepe Universitetində Bakı Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə “Türkologiyanın bu günü və gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Birinci Türkoloji Qurultay - türk dünyasının birliyinin simvolu” mövzusunda məruzə ilə çıxış edib.

 Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyəti vurğulanıb, qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar barədə məlumat verilib. Bildirilib ki, bu ilin noyabrında Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsidir. M.Nağısoylu bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığını təsdiq edən böyük elmi forum kimi dəyərləndirib.

Konfransın “Səməd Ağamalıoğlu” bölməsində Möhsün Nağısoylunun, Hacettepe Universitetinin ədəbiyyat fakültəsinin dekanı Şükrü Halük Akalın və professor Osman Sərtkayanın məruzələri maraqla dinlənilib.

azertag.az

 


Etiketlәr: #Hacettepe

Әlaqәli Xәbәrlәr