İldǝ 5,5 milyon qadın hǝyatını itirǝcǝk

2030-ci ildən etibarən xǝrçǝng xǝstǝliyindǝn hǝr il 5,5 milyon qadının hǝyatını itirǝcǝyi proqnozlaşdırılır.

601948
İldǝ 5,5 milyon qadın hǝyatını itirǝcǝk

Amerika Xərçəng Dǝrnǝyi (ACS)-nin , Fransanın paytaxtı Parisdə təşkil etdiyi Dünya Xərçəng Konqresində  açıqladığı hesabata görǝ xəstəlik, az vǝ orta gəlir səviyyəsinə malik ölkələrdə artacaq.

Hesabatda bildirilib ki, hǝyatını itirǝnlǝrin sayının artmasında, yaşlı əhalinin çoxalması, hərəkətsizlik, geyri adi qidalanma və köklük kimi faktorlar tǝsirli olacaq. Qadın ölümlǝrinin sǝbǝblǝri arasında isǝ birinci sırada Xǝrçǝng, ikinci sırada da ürǝk xǝstǝliyinin yer tutduğuna diqqǝt çǝkilǝn hesabatda, 2012-ci ildə xərçəng xǝstǝliyindǝn ölən 8 milyonun 3,5 milyonnunun qadın olduğu  qeyd  edilib.



Әlaqәli Xәbәrlәr