“iPhone” istifadəçilərinin yarısı yenilənmiş modelin çıxmasını gözləyir

“iPhone” istifadəçilərinin yarısı yenilənmiş modelin çıxması ilə yeni qurğudan istifadəyə keçməyi planlaşdırır.

566250
“iPhone” istifadəçilərinin yarısı yenilənmiş modelin çıxmasını gözləyir

“iPhone” istifadəçilərinin yarısı yenilənmiş modelin çıxması ilə yeni qurğudan istifadəyə keçməyi planlaşdırır.

“Insurance2GO” sığorta şirkəti  1014 “Apple” istifadəçisi arasında sorğu kéçirib. Açıqlanan hesabata əsasən, rəyi soruşulanların 50 faizi bu il öz köhnə "iPhone”nu sentyabrda satışa çıxarılacaq “iPhone 7” modeli ilə əvəz etmək niyyətindədir. Ayrıca “Apple” istifadəçilərinin 19 faizi qurğularını Cənubi Koreyanın “Samsung” şirkətinin telefonlarına dəyişdirəcək, respondentlərin təxminən 8 faizi isə digər istehsalçının smartfonunu almağı düşünür.

Rəyi soruşulanların əksəriyyəti bildirib ki, bu il istifadə etdiyi qurğunu yeniləmək istəsə də, 23 faizi hələlik köhnə qurğudan istifadə edəcək. Çünki onların çoxu maliyyə çətinlikləri ilə əlaqədar yeni telefon ala bilmir. İstifadəçilərin bəziləri isə əmindir ki, onların hazırkı qurğularının texniki xüsusiyyətləri tələbata tam uyğundur və onu yeniləməyə ehtiyac yoxdur.



Әlaqәli Xәbәrlәr