Çin Marsa kosmik vasitə göndərəcək

Çin "qırmızı planet" hesab olunan Marsa ilk kosmik vasitəsini 2020-ci ildə göndərəcək.

559320
Çin Marsa kosmik vasitə göndərəcək

Çin "qırmızı planet" hesab olunan Marsa ilk kosmik vasitəsini 2020-ci ildə göndərəcək.

Paytaxt Pekində təşkil edilən mətbuat konfransında Çinin Marsda həyata keçirəcəyi axtarış işlərində istifadə olunacaq modul və kosmik vasitə mətbuata təqdim olunub.

Hesablamalara görə, Çinin qırmızı planetə 2020-ci ildə edəcəyi ilk elmi axtarışları zamanı Mars ətrafında dövr etmə, planetə eniş və gəzinti missiyaları yerinə gətiriləcək.

Axtarış işləri bu sahədə bir ilk olacaq.

Çinin Mars missiyasının baş mühəndisi Zhang Rongqiao 2020-ci ilin iyul və ya avqust ayında planlaşdırılan bu səfərin Hainan əyalətinə bağlı Wenchang kosmik mərkəzindən başlayacağını bildirərək: “Bu hadisə Ayın kəşfindən sonra kosmosun kəşfi sahəsində atılan əhəmiyyətli addım olacaq”.

Missiyanın baş direktor müavini Liu Jizhong da planetlərin hərəkət qaydalarının gətirdiyi məhdudlaşdırmanı hesablayaraq, 2020-ci ilin bu planetin kəşfi üçün son dərəcə uyğun olduğunu söyləyib.

Kosmos işləri həyata keçirən ölkələr bu günə qədər 43 dəfə Marsda axtarış missiyaları reallaşdırıb. Bunlardan 22-i tamamilə və ya qismən uğurlu olub.



Әlaqәli Xәbәrlәr