"Microsoft" şirkəti "Skype"da dəyişiklik etdi

"Skype" messencerində ötürülən faylın tutumu 100-dən 300 MB-dək artıb

526063
"Microsoft" şirkəti "Skype"da dəyişiklik etdi

  "Microsoft" şirkəti "Skype" internet telefoniya xidmətində faylların ötürülmə mexanizmində dəyişiklik edib. İndi faylı ötürən və qəbul edən istifadəçilərin faylların ötürülmə prosesinin sonunadək internetdə olmasına ehtiyac yoxdur. Bundan başqa, ötürülən faylların tutumu artırılıb.

  "Skype" messencerinin son versiyası 300 MB tutumunda fayl ötürməyə imkan verir.

  Proqramçıların sözlərinə görə, bu limit sınaqların nəticəsinə əsasən təyin edilib: bir tərəfdən messencer istifadəçilər üçün daha əlverişli olub, digər tərəfdən server həddən artıq yüklənmir.

  "Skype" messencerində ötürülən faylın tutumu 100-dən 300 MB-dək artıb.

  Hazırda internetdə olmayan istifadəçilərə də fayl göndərmək mümkündür. Sənədlər, foto və başqa bərkitmələr 30 gün ərzində "Microsoft"un serverlərində saxlanılır.

Mənbə: ictnews.az



Әlaqәli Xәbәrlәr