Xərçəngəin dərmanı tapıldı

Yaponiyada xərçəng xəstəliyinin müalicəsi üçün yeni dərman vasitəsi hazırlanıb.

510921
Xərçəngəin dərmanı tapıldı

Yapon alimləri tərkibində radiasiya olan və yalnız xərçəng hüceyrələrinə qarşı yönələn yeni dərman vasitəsi hazırlayıblar. Siçovullar üzərində uğurla aparılan təcrübə zamanı xərçəng hüceyrələrinin kəskin azalması müşahidə edilib.

Kvant və Radiolakasiya Elmi və Texnologiyaları üzrə Milli İnstitutun əməkdaşları tərəfindən hazırlanan müalicə metodu cərrahi müdaxilə tələb etmir və mənfi təsir göstərmir. Yeni metod növbəti nəsil xərçəngin müalicəsi baxımından diqqəti xüsusilə cəlb edir.

Yapon tədqiqatçılar helium vasitəsilə metalın bombardmanını sürətləndirməyə imkan yaradan vismut adlı böyük qurğudan istifadə ediblər. Nəticədə astatin adlı element əmələ gəlir və o, kiçik alfa hissəciklərlə 0,1 millimetr diapazonda radiasiya şüalandırır.

Astatini şiş hüceyrələrini cəlb edən maddə ilə birləşdirən tədqiqatçıların hazırladığı dərman vasitəsi birbaşa xərçəng hüceyrələrinə təsir göstərir və onları 0,1 millimetr qısa radiusda radiasiyaya məruz qoyur.

Tədqiqatçılar növbəti yeddi ildə yeni metodun insanlar üzərində tətbiqinə başlanacağına ümid edirlər.

 



Әlaqәli Xәbәrlәr