Qara dəlik qaz buludlarını udur
Nəhəng qara dəliyin qaz buludları ilə qidalandığı görüntüləndi.
507519

Avropa Cənub Rəsədxanasının verdiyi məlumata görə, Çilidə müxtəlif ölkələrdən olan astronomlar apardıqları monitorinq zamanı təsadüfən nəhəng ölçülü bir qara dəliyin Yer kürəsindən təxminən 1 milyard işıq ili uzaqlıqdakı qaz buludlarını udmasının ilk görüntüsünü əldə ediblər.
Beynəlxalq astronom qrupu Atacama Çölündə ALMA teleskopu ilə qara dəliyə doğru saatda 1,3 milyon kilometr sürətlə axan qaz buludlarını müşahidə ediblər.
Məlumatda daha çox dəm qazından (karbon-monoksid) yaranan buludların qara dəlikdən yalnız 300 işıq ili məsafədə olduğunun müəyyən edildiyi bildirilir.
Çilidə ALMA teleskopu ilk dəfə olaraq nəhəng qara dəliyin qaz buludları ilə qidalandığını görüntülədi