Sürücüsüz avtomobil istehsal edən şirkətlər güclərini birləşdiriblər

Google, Volvo, Uber və Lyft şirkəti sürücüsüz avtomobil layihəsi üçün koalisiya yaradıblar.

479016
Sürücüsüz avtomobil istehsal edən şirkətlər güclərini birləşdiriblər

Google, Volvo, Uber və Lyft şirkəti sürücüsüz avtomobil layihəsi üçün koalisiya yaradıblar.

Bir neçə il əvvəl gələcəyin texnologiyası  olaraq adlandırılan sürücüsüz avtomobillər bu gün yollarda sınaqdan keçirilir. Əminliklə deyə bilərik ki, bir neçə il sonra bu avtomobillərin istehsalına başlanacaq.

Sürücüsüz avtomobil texnologiyasında zirvədə olan Google şirkəti bu layihəni sona çatdırmağa hazırdır. Sürücüsüz avtomobilin istifadəsi üçün əlverişli şərait yaratmaq istəyən Google digər sürücüsüz avtomobil şirkətləri ilə birgə işləməyə başlayıb.

Volvo, Uber və Lyft ilə ortaq işləməyə başlayan Google koalisiya yaratdıqlarını bildirib. Bu koalisiyanın əsas məqsədlərindən biri sürücüsüz avtomobillərin yollarda təhlükəsiz hərəkət edə bilməsi üçün qanun layihəsi hazırlamaqdır. Koalisiya sürücüsüz avtomobillərin istifadəyə veriləcəyi yerlərdəki insanların da məlumatlandırılmasının lazım olduğunu qeyd edib.

Bu mövzuda ciddi işlər görməyi planlaşdıran koalisiya digər sürücüsüz avtomobil istehsalçılarının da dəstəyinə və fikirlərinə ehtiyac olduğunu bildirib. 



Әlaqәli Xәbәrlәr