Süni intellektə sahib olan bilgisayar

Türk alimləri bir şəkili Türk dilində səs və yazı formasında təsvir edə bilən süni intellektə malik bilgisayar sistemi ixtira ediblər.

473291
Süni intellektə sahib olan bilgisayar

Türk alimləri bir şəkili Türk dilində səs və yazı formasında təsvir edə bilən süni intellektə malik bilgisayar sistemi ixtira ediblər.

Mobil telefon və ağıllı eynəklərə yerləşdiriləcək bu yeni texnologiya vasitəsilə gözdən əlil şəxslər ətraf mühitdə baş verən hadisələr və əşyalar haqqında səsli məlumat əldə edə biləcəklər.

Hacettepe Universitetinin Bilgisayar Mühəndisliyi bölümü müəllimi Erkut Erdem bir vizual məzmunun analiz edilib təsvirin aydın olan xüsusiyyətlərini sözlərlə və yazılı mətnlərlə ifadə edə bilən bu sistemin üzərində iki ildir işlədiklərini bildirib.

Erkut Erdem qeyd edib ki, təsviri Türk dilində ifadə edə bilən əməliyyat sistemi gözdən əlil​lərin işini asanlaşdıracaq. Bu sistem eyni zamanda avtomobil idarəsində səsli əmrlər verilərək əməliyyat yerinə yetirilməsində də istifadə oluna biləcək.

Yeni tətbiq olunan əməliyyat sistemi bir teatr səhnəsində aktyorların hərəkətini, danışıqlarını və oyunda baş verən hadisələri gözdən əlil insanlara səsli və ya yazılı olaraq təqdim edəcək.

İstanbul Texniki Universitetinin Bilgisayar Mühəndisliyi bölümü müəllimi Doç.Dr Hazım Ekenel bildirib ki, istifadə etdiyimiz əməliyyat sistemlərinin bir təsviri görməsi və onu qavraması süni intellekt sahəsində böyük bir cığır açır.



Әlaqәli Xәbәrlәr