Asteroid Yer kürəsilə toqquşunca

Dinozavrların nəslinin sanılandan daha uzun illər əvvəldən tükənməyə başladığı ortaya çıxıb

473967
Asteroid Yer kürəsilə toqquşunca

"Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırmada dünyada asteroid toqquşmasından sonra nəsli tükənən dinozavrların əslində 50 milyon il əvvəldən azalmağa başladığı yazılır. Varlıqları təxminən 231 milyon il əvvələ düşən dinozavr qalıqları araşdırıldığı zaman bir çox dinozavr növü nəslinin təxminən 120 milyon il əvvəl tükənməyə başladığı nəticəsi əldə edilib. Araşdırmada o da qeyd olunub ki, nəsli sürətlə tükənən, xüsusən, uzun boyunlu nəhəng “saropod" dinozavr, ondan sonra isə sayı mərhələlərlə enən “iconic tiranozor-rex" teropotlarıdır.

Alimlərin fikrinə görə, dinozavrların yarandığı dövrdən bu yana dünyada qütblərdən ekvatora qədər mülayim bir iqlim hökm sürüb, hava soyuyub, dəniz səviyyəsində dəyişiklər olub, dinozavrlar aradan gedib, bir qismi də təkamül prosesinə uğrayıb. Yer kürəsinə 66 milyon il əvvəl təxminən 10 kilometr diametrində nəhəng bir asteroid toqquşduğu üçün başda dinozavrlar olmaqla bitki və heyvan növlərinin dörddə üçünün yox olması ehtimalı da var.



Әlaqәli Xәbәrlәr