Facebook görmə qüsuru olan istifadəçilərinə xüsusi texnoloğiya təqdim edir

Facebook-un yeni yaratdığı süni zəka texnologiyası görmə qüsuru olan insanlara fotoları tanıma imkanını verir.

466453
Facebook görmə qüsuru olan istifadəçilərinə xüsusi texnoloğiya təqdim edir

​ Sosial şəbəkənin uzun müddət üzərində işlədiyi yeni süni zəka texnologiyası barədə şirkətin qurucusu, icraçı direktoru Mark Zukerberq profilindən xəbər verdi.

Hələlik inkişaf prosesində olan bu texnologiyanın olduqca uğurlu nəticələr verdiyi bildirilir. Görmə qüsuru olan insanlar üçün maneələri aşmağı hədəfləyən bu texnologiya bir fotoşəkilin içərisində nəyin olmasını səsli şəkildə ötürür.

Profildə fotoşəkillərə edilən şərhlər və bəyənmələri də səsli şəkildə ötürən texnologiya fotoları "ağac, göy, yaxın çəkiliş" kimi izahedici sözlərlə ötürür. Videodan ilhamlandığını deyən Zuckerberq fikrini bu cür izah edib: "Süni zəkamız bir fotoya baxaraq, şəkildə nəyin olduğunu anlayıb sizə danışa bilər".

İlk mərhələdə foto açıqlamaları yalnız 100 söz ilə məhdudlaşdırılacaq və istifadəçilər çox detal eşitməyəcək.

Facebook-un bu məsələdə addımlarını məhdud atmasının ən əhəmiyyətli səbəbi, utandırıcı bir vəziyyətə düşmək istəməməsindən irəli gəlir..

Çünki keçən il Google süni zəka istifadə edən fotoşəkli tanıma proqramında qaradərili bir cütlüyü qorilla kimi etiketləmiş və üzr istəmək məcburiyyətində qalmışdı.

Facebook texnologiyalarını inkişaf etdirəcəklərini bildirir.

Hətta istifadəçinin fotoşəkillə bağlı verəcəyi suallara da cavab verməyi hədəfləyir.

İlk variant hələlik yalnız İOS kommunikasiya sistemindən istifadə edən telefonlarla məhdudlaşır.

Növbəti addımda süni zəka texnologiyası Android telefonlara da əlavə ediləcək.

Şirkət yaxın gələcəkdə bu proqramı internet cihazları üçün də nəzərdə tutur.

Facebook daxil olmaqla, bir çox şəbəkədə hər gün 2 milyard fotonun bölüşdürüldüyü ehtimal edilir.



Әlaqәli Xәbәrlәr