“Soyuz” yeni heyəti ilə Qazaxıstandan havaya qalxdı

Beynəlxalq Kosmos Stansiyasındakı heyət bir illik missiyasını tamamladıqdan sonra yeni qrup yola çıxıb

453779
“Soyuz” yeni heyəti ilə Qazaxıstandan havaya qalxdı

Amerika Birləşmiş Ştatları astronavtı Cef Vilyams (Jeff Williams), Rusiya kosmonavtları Oleq Skripoçka və Aleksey Ovçinin olduğu “Soyuz" kosmos gəmisi Qazaxıstandan havaya qalxıb. Heyət 340 gün kosmosda qalacaq.

2017-ci ilin 1 martında Yer kürəsinə qayıtması gözlənilən qrupdan Cef Vilyams vəzifəsinə döndükdən sonra ölkəsində ən uzun müddət kosmosda qalma rekordunu qırmış olacaq. Çünki Vilyams ümumi hesabla 534 gün kosmosda yaşamış sayılacaq.



Әlaqәli Xәbәrlәr