Gələcəkdə üzləşəcəyimiz xəstəlikləri təyin etmək artıq mümkündür!

Genomların analizi sayəsində gələcəkdə üzləşəcəyimiz xəstəlikləri təyin etmək mümkün olacaq.

451969
Gələcəkdə üzləşəcəyimiz xəstəlikləri təyin etmək artıq mümkündür!

Genetika üzrə tədqiqat aparan alimlər xəbər verib ki, genomların analizi sayəsində gələcəkdə üzləşəcəyimiz xəstəlikləri təyin etmək mümkün olacaq.

Boston da yerləşən Veritas Genetics hamının diqqətini cəlb edəcək bir xidmət təklif edib. İnsan genetikasında tədqiqatlar aparan şirkət aprel ayından etibarən insan genlərini analiz edəcəklərini bildiriblər. Yəni ki, genetikanız tədqiq ediləcək və sizin üzləşəcəyiniz xəstəliklər əvvəlcədən təyin edilə biləcək.

Veritas Genetiksin təklif etdiyi bu xidmət son texnologiya və tibb sahəsinin yeniliklərinin meyvəsidir. Bu analiz 1000 ABŞ dollarına başa gəlir. Veritas Genetiksin şirkət rəhbəri Mirza Cifric mətbuat konfransında bildirib ki, bizim test cavablarımız heç cür diaqnozu təyin etmir, cavablarda sadəcə hansı mərhələdə hansı xəstəliyə daha yaxın olduğunuz məlum olur. Yəni ki, bu cavabların əksi də çıxa bilər. Ama bu o demək deyil ki, test cavabları yalan və ya uydurmadır.

Sualları cavablandıran Mirza Cifric əlavə edib ki, sizə bu test mərhələsini biraz daha sadə başa salım: Bu testi etdirən bir nəfər gələcəkdə 90 faiz ehtimalla ağciyər xərçəngi olacağını öyrənəcək və bu ehtimalı azalda bilmək üçün siqaret çəkməyi tərgidəcək. Siqareti tərgidmək onun gələcəkdə ağciyər xərçəngi olma risqini azaldır və həyatını bu şəkildə formalaşdırır. Belə ki, o heç bir zaman xərçəng xəstəliyi ilə üzləşməz və bu test sayəsində həyatına sağlam davam edər.



Әlaqәli Xәbәrlәr